Fəal Aqil Hümbətovun ailəsi onun harada saxlanıldığından xəbərsizdir

Fəal Aqil Hümbətovun ailəsi onun harada saxlanıldığından xəbərsizdir
14 Avqust 2021
Mətni dəyiş
Fəal Aqil Hümbətovun ailəsi onun taleyindən narahatdır. Buna səbəb hüquq-mühafizə orqanlarının onun saxlanma yeri barədə məlumat verməməsidir. “Aqil avqustun 11-də saxlanılıb. Ertəsi gün Xəzər rayon polisi mənə dedi ki, sabah, yəni 13-də o, Şüvəlan təcridxanasına köçürüləcək. Ancaq Aqilin indi harada olduğu, hansı konkret səbəblə ittiham edildiyi, həbs edilməsi üçün məhkəmə qərarının olub-olmadığı məlum deyil, - deyə həyat yoldaşı Aygün Hümbətova Turan-a bildirib. O, həyat yoldaşının bir qəsəbə sakinini bıçaqladığı üçün saxlanılması barədə polisin iddiasına inanmır. Qadın hesab edir ki, aktivist sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün təqib olunur. "Həbs ərəfəsində Aqilin feysbuk səhifəsi sındırılıb və uşaq müavinətlərinin təyin edilməsini tələb etdiyi video müraciət silinib", - deyə fəalın həyat yoldaşı bildirib. O qeyd edib ki, həyat yoldaşı əvvəllər də böhtan atılaraq həbs edilib. Belə ki, keçən il bir qadının yalan ifadəsinə əsasən, Aqil psixiatrik xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Daha əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aqil Hümbətovun Zirə kənd sakini Yamən Məmmədovu bıçaqladığı üçün saxlanıldığını bildirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun