Ermənistanda Rusiya hərbi bazasının zabiti avtomobil qəzasında həyatını itirib

Ermənistanda Rusiya hərbi bazasının zabiti avtomobil qəzasında həyatını itirib
9 Avqust 2021
Mətni dəyiş

Ermənistanın Gümrü-Yerevan yolunda hərbi avtomobilin iştirakı ilə qəza baş verib. Qəza nəticəsində Rusiyanın Gümrüdəki hərbi bazasında xidmət edən zabitlərdən biri də həlak olub.

İlkin məlumatlara görə, hərbi maşını sürən əsgər idarəetməni itirib, beləliklə avtomobil yol kənarındakı xəndəyə aşıb.

Avtomobildə olan digər əsgərlər isə xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ermənistan və Rusiya arasında 1995-ci ildə imzalanan müqaviləyə əsasən, Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası yerləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun