Ermənistan: "Noyabrdan etibarən Rusiyadan müasir silahlar alırıq və bu proses davam edir"

Ermənistan: "Noyabrdan etibarən Rusiyadan müasir silahlar alırıq və bu proses davam edir"
23 Avqust 2021
Mətni dəyiş

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan ordusu Rusiyadan aldığı silahlarla yenilənir.

Qriqoryan əlavə edib ki, hökumət ordunu tamamilə yeniləmək istəyir.

"Ordunu yenidən qurmaq üçün noyabr ayından etibarən Rusiyadan müasir silahlar aldıq. Bu proses hələ də davam edir", - deyə, Qriqoryan əlavə edib.

Bundan əvvəl isə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanı Ermənistanı silahlandırdığına görə tənqid etmişdi.

Prezidentin tənqidlərinə isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavab verərək bildirmişdi ki, Rusiyanın xarici ölkələrə silah satışı onun suveren hüququdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun