Ermənistan MN: Üç hərbçinin ölümü Azərbaycan tərəfinin hərəkətləri ilə bağlı deyil

Ermənistan MN: Üç hərbçinin ölümü Azərbaycan tərəfinin hərəkətləri ilə bağlı deyil
20 Avqust 2021
Mətni dəyiş
“Ermənistanın cənub-şərqindəki döyüş mövqelərinin birində üç hərbçinin ölümünün Azərbaycan hərbi qüvvələrinin fəaliyyəti ilə əlaqəsi yoxdur”. Ermənistan Müdafiə Nazirli açıqlamasında belə deyilir. Məlumatı “Sputnik Ermənistan” Müdafiə Nazirliyinə istinadən yayıb. Dislokasiya olunan hərbi hissələrdən birinin döyüş mövqeyində üç hərbçinin odlu silahdan açılan atəşlə öldürüldükləri bildirilir. “Hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün istintaq hərəkətləri aparılır. İndi malik olduğumuz məlumatlara görə, hadisənin düşmənlə əlaqəsi yoxdur”, - deyə nazirlik qeyd edib. Hər üçü 2002-ci il təvəllüdlü Murad Muradyanın, Levon Harutunyanın və Qora Saakyanın cəsədləri avqustun 19-da saat 02:15-də tapılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun