Eldəniz Səlimov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Eldəniz Səlimov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib
3 Avqust 2021
Mətni dəyiş
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Füzulidə avtomobil piyadanı vuraraq öldürübFHN: Ötən sutkada 90 yanğına çıxış olub, 12 nəfər xilas edilibSalyan sakinində külli miqdarda narkotik aşkarlanıb Qərara əsasən E. Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Bu gün Milli Məclisin növbədən kənar iclası keçirilib. İclasda Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat təmin edilib. İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.    

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun