Dünya Qida Proqramı: "14 milyon əfqan aclıqla boğuşur"

Dünya Qida Proqramı: "14 milyon əfqan aclıqla boğuşur"
20 Avqust 2021
Mətni dəyiş
Dünya Qida Proqramının (WFP) Əfqanıstan üzrə təmsilçisi Meri Ellen MakQrourti (Mary Ellen McGroarty) ölkənin Talibanın nəzarətinə keçməsindən sonra humanitar böhranın meydana gəlməsi, 14 milyon əfqanın aclıqla üz-üzə qalacağı haqda xəbərdarlıq edib. Qurumun Əfqanıstan üzrə təmsilçisi bildirib ki, ölkədəki mövcud çalışmalar, üç il ərzində ikinci dəfə yaşanan ciddi quraqlıq və Covid-19 pandemiyası Əfqanıstanı fəlakətə aparır. [caption id="attachment_106917" align="alignnone" width="1200"] Mary Ellen McGroarty[/caption] MakQrourti bundan başqa qeyd edib ki, Dünya Qida Proqramı may ayında 4 milyon əfqana yardım edib və növbəti bir neçə ayda bu rəqəmi 9 milyona çatdırmağı planlaşdırır. Amma bu mövzuda “hələ bir çox çətinliklərlə üz-üzədirlər”. Münaqişələrin tezliklə bitməsinin vacibliyini vurğulayan MakQrourti qış fəslindən əvvəl və yollar bağlanmamış Əfqanıstanın ciddi fəlakət bölgələrində qida tədarükü edilməsi üçün 200 milyon dollar ianə edilməsi haqda çağırış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun