COVİD-19-un artması səbəbindən amerikalılara Azərbaycana səfərləri ləğv etmək tövsiyə olunub

COVİD-19-un artması səbəbindən amerikalılara Azərbaycana səfərləri ləğv etmək tövsiyə olunub
31 Avqust 2021
Mətni dəyiş
Bazar ertəsi ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Azərbaycana gedən amerikalıları COVİD-19 xəstəliklərinin kəskin artması ilə əlaqədar səfəri ləğv etməyə çağırıb. Bu barədə Turan-ın ABŞ-dakı müxbiri məlumat verib. Mərkəz həmin səbəbdən İsveçrə, Estoniya, Şimali Makedoniyaya səfərləri məhdudlaşdırmağı tövsiyə edib. Dövlət Departamenti amerikalılara bu ölkələrə səfərlərin qadağan olunması barədə də xəbərdarlıq edib. Con Hopkins Universitetinin məlumatına görə, son bir həftə ərzində Azərbaycanda orta hesabla gündə 3784-ə yaxın yeni COVİD-19 halı qeydə alınıb, orta hesabla hər gün 35 nəfər  vəfat edib. Son bir həftə ərzində ABŞ-da orta hesabla gündə 154000-dən çox yeni infeksiya halı qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun