Çexiyanın Baş naziri yumurta hücumuna məruz qalıb

Çexiyanın Baş naziri yumurta hücumuna məruz qalıb
9 Avqust 2021
Mətni dəyiş

Çexiyanın Baş naziri Andrey Babis paytaxt Praqada yumurta hücumuna məruz qalıb.

Hadisə Babisin yeni kitabının təqdimatı zamanı yaşanıb. Bir qrup vaksin əleyhdarı şəxs ona yumurta atıb.

Çexiya polisi məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Baş nazirə yumurta atmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Çexiyanın 10.5 milyon vətəndaşı var. Statistikalara görə, bu günə qədər ölkədə 1 milyon 675 min adam koronavirusa yoluxub. Yoxulanlardan 30-mini həyatını dəyişib. Vətəndaşların 5 milyondan çoxu 2 doza peyvənd alıb, ancaq bu rəqəm Avropa Birliyi ortalamasından azdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun