BMT-dən xəbərdarlıq: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır

BMT-dən xəbərdarlıq: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır
14 Avqust 2021
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatı-nın (BMT) baş katibi Antonio Quterres avqustun 13-də Taliban hərəkatını Əfqanıstanda hücumları təcili dayandırmağa çağırıb və ölkənin nəzarətdən çıxdığı haqda xəbərdarlıq edib. "Beynəlxalq ictimaiyyətin baş verənlərə mesajı aydın olmalıdır. Hakimiyyəti hərbi güclə zəbt etmək sonda məğlubiyyət deməkdir. Bu, yalnız uzun sürən vətəndaş müharibəsi və ya Əfqanıstanın tamamilə təcrid olunmasına gətirib çıxara bilər", deyə Quterres jurnalistlərə bildirib. [caption id="attachment_86689" align="alignnone" width="300"] Antonio Quterreş[/caption] Taliban hərəkatının son 24 saat ərzində ölkənin 3 iri şəhərini ələ keçirməsi, paytaxt Kabil üçün ciddi təhlükə yaradıb. Talibançılar son gün ərzində ölkənin ikinci və üçüncü böyük şəhəri olan Herat və Qəndəharı, habelə Laşkərgah vilayətinin paytaxtı Helmand şəhərini tam nəzarətə götürüblər. Reuters-in avqustun 13-də verdiyi məlumata görə, taliban həmçinin ölkənin cənubundakı Zabul və Uruzqan əyalətlərinin paytaxtını, habelə qərbindəki Qor şəhərini ələ keçirib. Hazırda, paytaxt Kabilin təxminən 80 kilometrliyində yerləşən Puli-Alam şəhəri də talibançıların nəzarətindədir. Bu şəhər mərkəzi Lohar əyalətinin paytaxtıdır. Bu bölgədəki Qəzni şəhəri də Talibanın nəzarətinə keçib və Kabil yolunun üstündə yerləşən hər iki şəhər, strateji cəhətdən olduqca vacib məntəqələr sayılır. Reuters-in məlumatına görə, hazırda ölkənin 34 əyalətindən azı yarısının paytaxtı Talibanın nəzarətindədir. İndi söhbət demək olar ki, paytaxt Kabilin taleyindən gedir. ABŞ hərbi kəşfiyyatının məlumatına görə, Taliban döyüşçüləri indi paytaxt Kabili 30 gün ərzində təcrid edə, 90 gün ərzində isə ələ keçirə bilər. Vəziyyət getdikcə pisləşdiyinə görə, ABŞ və Böyük Britaniya bu ölkədəki diplomatik missiyalarının əməkdaşları və vətəndaşlarını çıxarmaq üçün minlərlə hərbi qüvvə cəlb ediblər. Taliban bəyan edib ki, onların belə sürətlə uğur qazanması, "İslam Əmirliyinin millət arasında qəbul edilməsindən xəbər verir”. Çünki güc yolu ilə belə sürətlə irəliləmək mümkün deyil. Taliban həmçinin vətəndaşların həyatı, mülkləri və əmlaklarına təminat veriləcəyini bildirib və bəyan edib ki, hərbçilər də daxil olmaqla “İslam Əmirliyi”ni qəbul edəcəkləri halda, Kabil hökuməti ilə əməkdaşlıq edənlərin hamısına amnistiya elan ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun