Belarusun Təhsil Nazirliyi özəl uşaq bağçalarını “rəngli inqilabın istinad nöqtələri” adlandırdı

Belarusun Təhsil Nazirliyi özəl uşaq bağçalarını “rəngli inqilabın istinad nöqtələri” adlandırdı
24 Avqust 2021
Mətni dəyiş
Özəl uşaq bağçaları və digər təhsil müəssisələri 2020-ci ildə Belarusdakı etirazlar zamanı rəngli inqilabın istinad nöqtələrinə çevrilmişdilər. “BelTa” bildirir ki, bu barədə Belarusun təhsil naziri İqor Kaprenko Respublika Pedaqoji Şurasında söz açıb. “Nazir qeyd edib ki, fərdi sahibkarlıq, ictimai və ya dini birliklər adı altında fəaliyyət göstərən yarı-qanuni özəl uşaq bağçaları və məktəblər adətən siyasi məqsədlərlə istifadə edilib, rəngli inqilabın istinad nöqtələrinə çevrilib. Bu qurumların əməkdaşları və müdirləri isə müxtəlif səviyyəli destruktiv təşkilatların qoşulublar”, - xəbər agentliyinin məlumatında deyilir. Nazir vurğulayıb ki, ölkədə təhsil fəaliyyəti lisenziyalaşdırılmadığına görə, “istəyən hər kəs heç bir maddi-texniki bazası və hətta pedaqoqu olmadan uşaq bağçası, yaxud məktəb qeydiyyatdan keçirə bilər”. Karpenko hesab edir ki, "təhsil sisteminə, pullu xidmət və servislərə bazar mexanizmlərinin qoyulması əslində əhalinin sosial təbəqələşməsinə gətirib çıxarır, təhsil sisteminə, uşaqlara və valideynlərə xarici mənfi təsir kanalları yaradır". Vəziyyəti dəyişdirmək üçün nazirlik təhsil müəssisəsi olmayan hüquqi şəxslərin adlarında "uşaq bağçası", "məktəb", universitet "və bu kimi sözlərin istifadəsini qadağan edən təhsil haqqında qanun layihəsi hazırlayıb. Karpenkonun sözlərinə görə, bu təklif dəstəklənir, yaxın gələcəkdə hökumət layihəni Nümayəndələr Palatasına təqdim edəcək. Qərb ölkələrinin əksəriyyəti Belarus MSK-nın Lukaşenkonu qalib elan etdiyi 9 Avqust 2020-ci il seçkilərinin nəticələrini tanımayıb və ən azı bəzi Qərb ölkələri rəsmi olaraq Svetlana Tixanovskayanı bu seçkilərin qalibi hesab edib. Artıq bir ildir ki, Belarusda seçkilərin nəticələri ilə bağlı etiraz aksiyaları davam edir. Hakimiyyət etirazları şiddətlə yatırır. Belarusda bir il ərzində 600-dən çox adam həbs olunub və siyasi ittihamlarla cəzalandırılıb, Tixanovskayanın özü və bir çox yoldaşı xaricə getmək məcburiyyətində qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun