Belaruslu fəal Kiyevdə ölü tapılıb

Belaruslu fəal Kiyevdə ölü tapılıb
3 Avqust 2021
Mətni dəyiş
Ukrayna polisi avqustun 3-də belaruslu fəal Vitaliy Şişovun Kiyevdəki evinin yaxınlığında ölü tapıldığını və şübhəli qətl ittihamı üzrə cinayət işi açıldığını bildirib. Polis bütün ehtimalların, o cümlədən intihar adıyla ört-basdır edilən qətlin araşdırılacağını bəyan edib. Şişov “Ukraynada Belarus Evi” adlı QHT-nin rəhbəri idi. Bu qurum Aleksandr Lukaşenko rejimindən qaçan belaruslulara kömək etməklə məşğuldur. Lukaşenko 2020-ci il avqust seçkisinin qalibi elan olunandan sonra kütləvi etirazları amansızlıqla yatırdıb. “Dünən Kiyevdə itkin düşmüş belaruslu Vitaliy Şişov bu gün Kiyev parklarının birində, yaşayış yerinin yaxınlığında asılmış vəziyyətdə tapılıb”, – polisin bəyanatında deyilir. Qərb Lukaşenkonu Belarus prezidenti kimi tanımayıb. Müxalifət seçkinin saxtalaşdırıldığını, lideri Svetlana Tixanovskayanın əsl qalib olduğunu bildirib. Tixanovskaya seçkidən sonra Litvaya sığınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun