Baş prokurordan polisi döyməkdə ittiham olunan deputatla bağlı açıqlama

Baş prokurordan polisi döyməkdə ittiham olunan deputatla bağlı açıqlama
3 Avqust 2021
Mətni dəyiş

“Bütün dünya COVID-19 pandemiyası ilə üzləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə çox ciddi işlər aparılır. Bütün vətəndaşlarımız da COVID-19-la mübarizədə birləşib. Bu sahədə ağır məsuliyyət bizim hüquq-mühafizə orqanlarının üzərinə düşür”.

Bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimat deputatların diqqətinə çatdıran zaman deyib.

“Təəssüflər olsun ki, Milli Məclisin deputatı 29 iyulda qohumuna məxsus kafeyə gəlib. Artıq cinayət işi başlanılıb. Polis zabiti dərhal hadisə ilə bağlı rəhbərliyə məlumat verib. Tərəfimizdən ilkin araşdırma aparılan zaman fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub”, - o vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun