Azərbaycanın dördüncü yanğınsöndürmə dəstəsi Türkiyəyə gedib

Azərbaycanın dördüncü yanğınsöndürmə dəstəsi Türkiyəyə gedib
7 Avqust 2021
Mətni dəyiş
Avqustun 6-da axşam Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət dördüncü yanğınsöndürənlər və xilasedicilər dəstəsi yanğınla mübarizəyə yardım etmək üçün Türkiyəyə yola düşüb. Dəstəyə şəxsi yanğınsöndürmə vasitələri və xüsusi texnika ilə təchiz edilmiş 200 nəfər daxildir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. Beləliklə, Türkiyədə yanğınla mübarizəyə cəlb edilmiş azərbaycanlı yanğınsöndürənlərin ümumi sayı 700 nəfərə çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun