Azərbaycanda milli parkdakı yanğın söndürüldü

Azərbaycanda milli parkdakı yanğın söndürüldü
28 Avqust 2021
Mətni dəyiş
Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğın zamanı 30 hektar sahədə quru ot və kol-kos yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun