Azərbaycanda indiyədək 25 370 şagird koronavirusa yoluxub

Azərbaycanda indiyədək 25 370 şagird koronavirusa yoluxub
24 Avqust 2021
Mətni dəyiş
“2020-ci ilin sentyabrından bu günə qədər yeni növ koronavirusa yoluxan şagird və işçi heyətin statistikası hazırlanır. Bu günə qədər 25 370 şagird, 15 128 nəfər işçi heyət koronavirusa yoluxub”. Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. Onun sözlərinə görə, bu gün təhsil işçilərindən hər iki doza vaksini vurduran təhsil şöbələri içərisində Qazax, Yardımlı, Astara, Neftçala, Lerik, Zərdab və Gəncə rayonları liderlik edir. “Respublika üzrə ümumtəhsil müəssisələrində 137 min adam, yəni 61 faiz hər iki dozanı vurduran şəxslərdir. I dozanı vurduranların sayı 162 min, yəni 72 faizdir. Ali təhsil müəssisələrində hər iki dozanı 16 min, yalnız birinci dozanı 20 min adam, peşə məktəblərində isə birinci dozanı 3 451 nəfər, ikinci dozanı 3 038 nəfər vurdurub”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun