Avropa Birliyi Lukaşenkonu yeni sanksiyalarla hədələyir

Avropa Birliyi Lukaşenkonu yeni sanksiyalarla hədələyir
9 Avqust 2021
Mətni dəyiş
Avropa Birliyi (AB) Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonu yeni tədbirlərlə hədələyir. Bu arada müxalifətin saxta saydığı qalmaqallı seçkinin bir illiyi regionda etirazlarla qeyd olunur. “Rejimin beynəlxalq öhdəliklərini həyasızcasına gözardı etməsinə cavab olaraq AB əlavə tədbirləri nəzərdən keçirməyə hazırdır”, – AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel avqustun 8-də deyib. [caption id="attachment_97028" align="alignnone" width="300"] AB XİN rəhbəri Cozef Borrel[/caption] Müxalifət və Qərb Lukaşenkonun təkrar prezident seçilməsi iddialarını qəbul etməyib. Belarus rejiminin etirazçılara təzyiqləri azaltması, müxalifətlə danışıqlara getməsi, yeni və müstəqil seçki keçirməsi üçün Qərb ona çoxsaylı sanksiyalar tətbiq edib. Hakimiyyət müxalifət liderlərini ölkədən çıxmağa vadar edib, yaxud həbsə atdırıb, onminlərlə insan həbs olunub, onlarla QHT hədəf götürülüb, jurnalistlərin akkreditəsi ləğv olunub. Lukaşenko narazılara tutduğu divana görə Qərbdə “Avropanın sonuncu diktatoru” ləqəbini qazanıb. Mayda Ryanair kommersiya təyyarəsi zorla Minskə endirilib, müxalifətçi bloger-jurnalist Roman Protaseviç və sevgilisi saxlanıb. Qalmaqallı seçkinin ildönümü Polşada etirazla qeyd olunub. Yüzlərlə insan küçələrə çıxaraq Belarusda siyasi repressiya və mübahisəli seçkiyə etirazlarını bildiriblər. Polşada mühacirətdə yaşayan belaruslular nümayişə çıxaraq müxalifətin ağ-qırmızı bayrağını qaldırıb, “Yaşasın Belarus!” şüarı səsləndiriblər. Ukrayna paytaxtı Kiyevdə də belarusluların yürüşü olub. Onlar avqustun 2-də itkin düşəndən sonra Kiyevdə parkda asılmış vəziyyətdə tapılmış fəal Vitali Şişovu anıblar. Polşa, Litva və Ukraynada xeyli sayda belaruslu mühacirətdə yaşayır. Atlet Kristina Timanovskaya Tokio olimpiya oyunlarında qalmaqaldan sonra Polşaya sığınıb. O, məşqçilərinin qərarını tənqid etmiş, onu zorla təyyarəyə mindirib Minskə göndərməyə çalışmışdılar. AB rəsmisi Borrel deyir ki, mayda Ryanair təyyarəsinin “zorla və qanunsuz” Minskə endirməklə və miqrantlardan siyasi məqsədlərlə istifadə etməklə rejim “beynəlxalq normalara daha da meydan oxuyub”. Təkcə iyulda AB üzvü Litvanın Belarusla sərhədində 2 mindən çox qanunsuz keçmə qeydə alınıb. Lukaşenko AB sanksiyalarına cavab olaraq İraq, Əfqanıstan və Suriya kimi ölkələrdən gələnləri sərhəddən buraxmaqla hədələyib. Lukaşenkonu prezident kimi tanımayan AB ona sanksiyalar tətbiq edib. Özünü seçkinin qalibi elan etmiş müxalifət lideri Svetlana Tixanovskaya mühacirətdə yaşadığı Litvada Dpa agentliyinə müsahibə verib. “Hazırda özüm daxil olmaqla heç kəs özünü təhlükəsiz hesab etmir”, – 38 yaşlı Tixanovskaya deyib. Almaniyanın Xarici işlər naziri Heyko Maas avqustun 8-də Belarus demokratiyasına dəstək vəd edib. O, bütövlükdə ölkənin Lukoşenko tərəfindən “girov” götürüldüyünü deyib. “Almaniya və Avropa Birliyi fundamental demokratik və insan haqları dəyərlərinə sayqı uğrunda mübarizə aparan Belarus xalqının yanındadır”, – o vurğulayıb. [caption id="attachment_99422" align="alignnone" width="300"] Almaniya xarici işlər naziri Heiko Maas[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun