Amnesty International: "Bu ilin ilk 6 ayı ərzində Səudiyyə Ərəbistanında 40 nəfər edam edilib"

Amnesty International: "Bu ilin ilk 6 ayı ərzində Səudiyyə Ərəbistanında 40 nəfər edam edilib"
4 Avqust 2021
Mətni dəyiş

Amnesty International hüquq-müdafiə təşkilatı Səudiyyə Ərəbistanında bu ilin 6 ayı ərzində edama məhkum edilən şəxslərdən 40 nəfərinin cəzasının icra edildiyini açıqlayıb.

Təşkilat bildirib ki, bu rəqəm 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə daha çoxdur.

Əvvəlki rəqəmlərə də toxunan təşkilat bildirib ki, 1 yanvar 2019-cu ildən 1 yanvar 2020-ci ilə qədər isə ümumilikdə 27 nəfər edam edilib.

Təşkilat bildirib ki, edam edilən şəxslərin bəzilərindən ifadələr istintaq müddətində müxtəlif işgəncələrlə alınıb.

Həmçinin qeyd edilir ki, ölkədə bununla yanaşı uzunmüddətli həbslərin də sayında artım var.

Səudiyyə Ərəbistanında insan hüquqları və azadlıqları mövzusunda ciddi böhran olduğu bildirilir. Məlumatlara görə, ölkə həbsxanalarında 39 siyasi məhbus var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun