Aİ Türkiyənin COVID sertifikatını tanıdı

Aİ Türkiyənin COVID sertifikatını tanıdı
20 Avqust 2021
Mətni dəyiş
Avropa İttifaqı Komissiyası Türkiyə, Makedoniya və Ukraynanın COVID-19 sertifikatlarının tanınması barədə qərar qəbul edib. “Anadolu” məlumat verir ki, müvafiq qanun avqustun 20-dən etibarən qüvvəyə minəcək. Bildirilib ki, hər üç ölkənin məlumatlar bazası Aİ sertifikatlar sisteminə inteqrasiya ediləcək. Bununla da, hər üç ölkənin vətəndaşları Avropa ölkələrinə sərbəst səyahət edə biləcək. Adıçəkilən ölkələr də, öz növbəsində Aİ ölkələri tərəfindən verilmiş COVID sertifikatlarını tanıyacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun