Ağsudakı yanğın meşəyə yaxınlaşır

Ağsudakı yanğın meşəyə yaxınlaşır
5 Avqust 2021
Mətni dəyiş
Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində yüksək dağlıq ərazidə yanğın başlayıb. Bu barədə “Qafqazinfo”ya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınır: “Həmin ərazidə kol-kos yanır. Bizim əməkdaşlarımız Fövqəladə Hallar Nazirliyinin və kənd camaatının köməyi ilə yanğının meşəyə keçməsinin qarşısını alırlar. Mən bir daha vətəndaşlara müraciət etmək istəyirəm. Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri,  fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa,  söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir. Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək". Ağsuda dağlıq ərazidə başlayan yanğın meşələrə yaxınlaşmaya başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun