Afrikada uşaq iflici virusu qorxu yaradır: Peyvənd kampaniyası başlayır

Afrikada uşaq iflici virusu qorxu yaradır: Peyvənd kampaniyası başlayır
20 Avqust 2021
Mətni dəyiş
Qərbi Afrika ölkəsi olan Qambiyanın paytaxtı Bajul və dənizkənarı kurort ərazi Kotu bölgəsindən götürülən nümunələrdə poliovirus (uşaq iflici) aşkarlanıb. Bu barədə ölkənin səhiyyə naziri Ahmadou Lamin Samateh açıqlayıb. Onun bildirdiyinə görə, təxminən 2 milyon əhalisi olan ölkədə çox qorxulu virusun yayılması hökumətin epidemiyanı dayandırmaq üçün bir peyvənd kampaniyasına başlamasını məcburi edir. Samateh əlavə edib ki, kampaniyalar beş yaşından kiçik bütün uşaqları hədəfləyir. Afrikada, Qambiyadan başqa Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Nigeriya, Çad və Sudan kimi ölkələrdə də poliovirus aşkar edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun