ABŞ kəşfiyyatı koronavirusun mənşəyi barədə hesabat hazırlayıb

ABŞ kəşfiyyatı koronavirusun mənşəyi barədə hesabat hazırlayıb
24 Avqust 2021
Mətni dəyiş

“Amerikanın kəşfiyyat xidmətlərinin yeni növ koronavirus infeksiyasının yaranma səbəbləri ilə bağlı apardıqları araşdırmaların nəticələrinə dair hesabatı 24 avqustda ABŞ prezidenti Co Baydenə təqdim edəcəklər”.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

Onun sözlərinə görə, hesabat dövlət başçısına təqdim edildikdən bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq:

“Ümumiyyətlə xüsusi versiyanı ictimaiyyətə təqdim etmək bir neçə gün çəkir. Əlbəttə ki, kəşf edilən hər şey haqqında ilk məlumatı prezident alacaq, buna görə dəqiq bir tarix yoxdur, amma düşünürəm ki, bir neçə gün sonra olacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun