ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir
18 Avqust 2021
Mətni dəyiş

“Amerika-Azərbaycan münasibətləri üç sütun üzərində dayanıb. Buna təhlükəsizlik, iqtisadi və enerji, insan haqları, qanunun aliliyinə dəstək sahələri aiddir. Amerika Azərbaycanla, o cümlədən də Naxçıvanla bütün sadaladığım istiqamətlərin hamısında əməkdaşlığını genişləndirməyə niyyətlidir”.

Bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Naxçıvana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Misal üçün biz Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə narkotik qaçaqmalçılığına və digər qaçaqmalçılıqla mübarizə istiqamətində köməklik göstərə bilərik. Eyni zamanda Amerika şirkətləri üçün hər iki ölkəyə faydalı ola biləcək əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdə maraqlıyıq. Ən vacibi isə biz Naxçıvandan daha çox tələbənin Amerika Birləşmiş Ştatları tərəfindən maliyyələşən Dövlət proqramlarında iştirak etməyini arzulayırıq. Və mən çox əminəm ki, bu səfərimdə bütün bu işlər üçün zəmin yarada bilmişik”, - Örl Litzenberqer açıqlamasında bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun