ABŞ Əfqanıstanı tərk etdi - Taliban sülh mesajı verdi

ABŞ Əfqanıstanı tərk etdi - Taliban sülh mesajı verdi
31 Avqust 2021
Mətni dəyiş
Pentaqon ABŞ hərbi qüvvələrinin Əfqanıstanı tərk etdiyini təsdiq edib. Bu barədə məlumatı Əl-Cəzirə yayıb. Qurumdan verilən məlumata görə, ABŞ-ın Əfqanıstan missiyası rəsmən başa çatıb. Bununla da, Kabil hava limanı tam olaraq “Taliban”ın nəzarətinə keçib. “Taliban” sözçüsü Zabihullah Mücahid Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda məğlub olduğunu və məqsədlərinə çata bilmədiyini açıqlayıb. “Taliban” rəsmisinin çıxışını 1TV News telekanalı yayımlayıb. Bununla yanaşı, Zabihullah Mücahid hərəkatın ABŞ-la yaxşı münasibətlər qurmaq niyyətində olduğunu da əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun