Əhməd Məsuda verilən 4 saat vaxtdan sonra “Taliban” Pəncşirə hücuma hazırlaşır

Əhməd Məsuda verilən 4 saat vaxtdan sonra “Taliban” Pəncşirə hücuma hazırlaşır
23 Avqust 2021
Mətni dəyiş
“Taliban” silahlıları bazar günü hərəkatın nəzarətində olmayan Pəncşir əyalətində müqavimət lideri Əhməd Məsuda bu regionu onlara təhvil verməsi üçün dörd saat vaxt verib. Bu barədə “Al Arabiya” telekanalına istinadən xəbər verir. Qeyd olunur ki, hərəkatın dəstələri bu əyalətin ələ keçirilməsi əməliyyatına başlamaq üçün tam hazırdırlar. Bununla yanaşı, Qətərin “Al Jazeera” telekanalı qeyd edir ki, taliblər yaxın vaxtlarda Məsudla görüş üçün nümayəndə heyəti göndərmək niyyətindədirlər. Yerli müqavimət lideri Əhməd Məsud isə “Al Arabiya” telekanalına müsahibəsində bildirib ki, Pəncşir dağ əyaləti taliblərə təhvil verilməyəcək, onun sakinləri müqavimət göstərməyə hazırdırlar. “Pəncşir “Taliban”a təhvil verilməyəcək... Əgər onlar Pəncşirə nəzarət etməyə çalışsalar, biz müqavimət göstərməyə hazırıq. Biz SSRİ-yə müqavimət göstərmişik, taliblərə də göstərə bilərik”, - Məsud deyib. Bundan başqa, o əlavə edib ki, taliblərin nümayəndələri Pəncşir müqaviməti ilə danışıqlar aparmağı rədd edib: ““Taliban” müharibənin başa çatması üçün dialoqu rədd etdi... Biz Əfqanıstanda müharibəni bitirmək istəyirik və dialoqa can atırıq... “Taliban” özünü bu cür aparmağa davam etsə, çox qalmayacaq”. Son məlumata görə, “Taliban” yaraqlıları Kabilin nəzarətlərində olmayan yeganə Pəncşir əyalətinə doğru hücma hazırlaşdıqları bildirilir. Bu barədə “France Presse”ə açıqlamasında “Taliban” təmsilçilərindən biri deyib. Eyni zamanda, RİA Novosti agentliyi “Taliban” döyüşçülərinin hücuma başlamaq üçün əmr gözlədiyini yayıb. Əhməd Məsud 90-cı illərin sonlarında “Taliban”a qarşı mübarizə aparan “Şimal alyansı”nın lideri, 2001-ci ildə həlak olan Əhməd Şah Məsudun oğludur.  O, Qərb mətbuatına açıqlamasında vurğulayıb ki, yerli tacik milislərindən başqa, xüsusi qüvvələr də daxil olmaqla, onlara ölkənin digər bölgələrindən silahlı əsgərlər də köməyə gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun