Əhməd Məsud Əfqanıstanın gələcəyi ilə bağlı planını açıqladı

Əhməd Məsud Əfqanıstanın gələcəyi ilə bağlı planını açıqladı
19 Avqust 2021
Mətni dəyiş
Əhməd Şah Məsudun 30 yaşlı oğlu hakimiyyətin və var-dövlətin ədalətli bölünməsi haqda çağırış edib və hazırkı idarəetmə şəklini qeyri-stabilliyin əsas faktoru adlandırıb. Taliban yaraqlılarına qarşı müqavimət təşkilatının yeni lideri Əhməd Məsud terrorçularla mübarizə planını və Əfqanıstanın necə olmalı olduğu haqda fikirlərini açıqlayıb. Məsud bu barədə tərəfdaşları ilə birgə təşkil edilən iclasda danışıb. Görüş haqda video əfqan kanallarında yayımlanıb. Söhbət əsnasında Məsud bildirib ki, xalqın fikrini gözardı etmək olmaz. Hazırda baş verənlər milli iradənin əksinə cərəyan edir. O əlavə edib ki, indi Əfqanıstanda davamlı sülh üçün əlverişli zamandır.  Əgər siyasətçilər birlikdə işləsələr, münaqişə bitəcək. “Xalqımız qan tökməkdən, qətllər, müharibələrdən bezib və sülh istəyir. Amma bu, o demək deyil ki, millət öz qanuni mübarizəsindən geri çəkilib. Lazım gələrsə biz işimizi davam etdirəcəyik və təhlükəsizlik qüvvələrimizi dəstəkləyəcəyik. Biz sülhsevər millətik, amma eyni zamanda əsl mübarizə apara bilərik” – Əhməd Məsud bildirib. Bundan başqa, gənc Məsud qeyd edib ki, o, atası kimi yalnız sülh və əsl dostluq üçün çalışır və mötədil islam sisteminə riayət edir. O həmçinin vurğulayıb ki, tərəfdarları ilə birlikdə dünyanı ilahi iradə, “dini ənənə və milli ehtiyac” olaraq görürlər. “Biz heç vaxt münaqişə, yaxud müharibə etməyə çalışmamışıq. Bizim cihadımız və mübarizəmiz həmişə müdafiə xarakterli olub. Biz heç vaxt zorakılığa əl atmamışıq. Torpaqlarımızı və məzlum Əfqanıstan xalqını qorumuşuq”, - o əlavə edib. Əfqanıstanın idarəsinə gəlincə, Əhməd Məsud qeyd edib ki, keçmiş mərkəzləşdirilmiş hökumət strukturu həmişə korrupsiyaya, zülm, qeyri-sabitlik, irtica, yoxsulluq və sonda müharibəyə gətirib çıxarıb. “Xalqın iştirakının da nəzərə alınacağı və var-dövlətin, hakimiyyətin ədalətli bölünəcəyi mərkəzləşdirilməmiş sistem sağlam dövlətin, sosial ədalətin, siyasi stabilliyin, davamlı sülhün və Əfqanıstanın inkişafının açarı olacaq. Bu, ölkəni terrorçuluq və narkotiklərdən xilas edəcək”, Əfqanıstanın milli qəhrəmanının oğlu söyləyib. Əhməd Məsudun sözlərinə görə, ölkəni istənilən aqressiyadan qorumaq üçün xalqın kifayət qədər dəstəyi və inamı var. O, həmçinin vurğulayıb ki, Taliban hərəkatının heç kimin himayəsinə və varlığına ehtiyacı yoxdur. “Bizim bu torpaqları qorumaq üçün Allaha, insanların dəstəyinə və mücahidlərin varlığına kifayət qədər inanımız var”, -  Əhməd Məsud sözlərini tamamlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun