Əfqanıstan: Taliban qapı-qapı axtarış edir

Əfqanıstan: Taliban qapı-qapı axtarış edir
20 Avqust 2021
Mətni dəyiş
Taliban NATO qüvvələri və ya əvvəlki Əfqanıstan hökuməti üçün işləyən insanları axtarmağa başlayıb. Bu barədə BMT-nin yaydığı sənədlərdə bildirilib.  Qeyd edilir ki, silahlılar ev-ev gəzərək hədəfləri tapir və ailə üzvlərini təhdid edirlər. Sərt islamçı qrup iqtidarı işıq sürətilə ələ keçirdikdən sonra əfqanlara “intiqam alınmayacağı” haqda söz verərək inam yaratmağa çalışıb.  Amma dedikləri ilə etdikləri arasında uçurum olduğuna dair qorxular artmaqdadır. Qrupun “əlbirləri” hədəf alması haqda məlumat BMT-yə kəşfiyyat informasiyaları ötürən Norveçin qlobal analiz mərkəzi RHIPTO-nun gizli sənədində yer alıb. “Hazırda Talibanın hədəf aldığı çox sayda insan var və təhdid də açıqdır”, - hesabatı hazırlayan qrupun başçısı Kristian Nellemann BBC-yə verdiyi müsahibəsində bildirib. [caption id="attachment_106886" align="alignnone" width="1280"] Christian Nellemann[/caption] “Sənəddə qeyd edilib ki, əgər bu insanlar təslim olmasalar, Taliban onların əvəzinə ailə üzvlərini tutub mühakimə edəcək, sorğuya çəkəcək və cəzalandıracaq”. O xəbərdarlıq edib ki, taliblərin qara siyahısına daxil edilən istənilən şəxs ciddi təhlükədədir və kütləvi edamlar mümkündür. Əcnəbi güclər öz vətəndaşlarının Əfqanıstandan təxliyəsini davam etdirir. NATO-nun rəsmi sözçüsü bildirib ki, son beş gün ərzində Kabil aeroportundan 18 mindən çox insan evakuasiya edilib. Xarici silahlı qüvvələrin tərcüməçiləri də daxil olmaqla, daha altı minədək insan təxliyə edilmək üçün gözləyir. Sözçünün sözlərinə görə, məqsəd istirahət günlərində evakuasiya tədbirlərinin iki dəfə artırılmasıdır. Aeroportun xaricində vəziyyət xaotik olaraq qalır. Taliban qaçmağa çalışan əfqanların cəhdlərini bloklayır. Videolardan birində balaca körpənin amerikalı əsgərə verildiyi görünür. https://www.youtube.com/watch?v=RhADha2FIQI Opponentlərinin “Amerika ordusunun mənasız təxliyəsi” adlandırdığı qərarına görə ciddi tənqidlərlə üzləşən ABŞ Prezidenti Co Baydenin cümə günü evakuasiya haqda danışacağı gözlənilir. [caption id="attachment_19980" align="alignnone" width="1600"] Joe Biden[/caption] Digər yeniliklər:
  • Bir sıra şəhərlərdə taliblərə qarşı aksiyalar təşkil edilib. Paytaxt Kabildə etirazçılar milli bayrağı havada yellədərkən, Əsədabadda aksiyaçılar arasında zərərçəkənlərin olduğu bildirilir.
  • Kabildən havaya qalxan ABŞ təyyarəsindən yerə düşərək həlak olan şəxslərdən birinin Əfqanıstanın gənclərdən ibarət futbol üzrə yığma komandasının oyunçusu, 19 yaşlı Zaki Ənvəri olduğu təyin edilib.
  • Hazırda taliblər minlərlə Amerika istehsalı avtomobil, 30-40 təyyarə, çoxlu sayda kiçik silahlara nəzarət edir. Bu barədə Reuters ABŞ-ın rəsmi şəxslərinə istinadən məlumat verib.
Ötən bazar günü taliblər xarici qüvvələrin geri çəkilməsindən sonra Kabili ələ keçiriblər. Onların qələbəsi ABŞ-ın başçılığı ilə devrildikdən 20 il sonra qruplaşmanı yenidən hakimiyyətə qaytarıb. Qrupun bundan əvvəlki hakimiyyəti ictimai edamlar və qadınların işləməsinin qadağan edilməsi də daxil, genişmiqyaslı sui-istifadə hallarına yol açıb. Lakin Əfqanıstan üzərində nəzarəti bərpa etdikdən sonra keçirdikləri ilk mətbuat konfransında qrup qadın hüquqlarına "İslam qanunları çərçivəsində" hörmət ediləcəyini vəd edərək barışıq tonunda çıxış edib. Taliblərin qadınlara niqab geyinmə məcburiyyəti gətirməcəyi bildirilir. Bunun əvəzində hicab, yaxud yaylığın taxılması məcburidir. Onlar həmçinin bildiriblər ki, “heç bir daxili, yaxud xarici düşmən istəmirlər” və əcnəbi birliklərlə əməkdaşlıq etmiş keçmiş təhlükəsizlik qüvvələri işçiləri əfv ediləcək. Beynəlxalq güclər – və bir çox əfqan – məsələyə hələ də skeptik yanaşır. BMT-nin baş katibi Antoniu Quterreş deyib ki, onların Taliban üzərindəki yeganə təzyiq vasitəsi silahlıların beynəlxalq səviyyədə tanınmaq arzusu idi. [caption id="attachment_87512" align="alignnone" width="1200"] Antoniu Quterreş[/caption] Bir müsahibəsində Talibanın dəyişib-dəyişmədiyi haqda suala Prezident Bayden “xeyr” cavabı verib və qrupun qarşısında “tanınmaq istəyib-istəmədikləri” haqda “ekzistensial” seçim dayandığını əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun