Əfqanıstan prezidenti: “Taliban” daha da qəddarlaşıb”

Əfqanıstan prezidenti: “Taliban” daha da qəddarlaşıb”
3 Avqust 2021
Mətni dəyiş
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni “Taliban”ın daha da qəddarlaşdığını bəyan edib. “RİA Novosti” xəbər verir ki, Məhəmməd Əşrəf Qəni bu barədə parlamentin iclasındakı çıxışında bildirib. “Bəziləri bildirirlər ki, “Taliban” dəyişib. Bəli, onlar dəyişib, onlar daha qəddar olublar”, - deyə Əfqanıstan prezidenti vurğulayıb. Əşrəf Qəni əlavə edib ki, döyüş meydanında şərait dəyişməyənədək “Taliban” sülh istəyi nümayiş etdirməyəcək və danışıqlar masasına qayıtmayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun