Əfqan qadınların həyatı taliblərin hakimiyyəti ələ keçirməsindən sonra necə dəyişdi?

Əfqan qadınların həyatı taliblərin hakimiyyəti ələ keçirməsindən sonra necə dəyişdi?
30 Avqust 2021
Mətni dəyiş
Dünya ölkələri Əfqanıstan qadınlarının hüquqları ilə bağlı həyəcan təbili çalır. Axı Talibanın gəlişindən sonra ölkədə vəziyyət daha da gərginləşib. Aparıcı siyasətçilər Talibanın ölkədə hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandakı vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirirlər. Hökumət başçıları və böyük beynəlxalq təşkilatlar bu ölkədə qadınların hüquqlarının qorunmasının zəruriliyini bəyan edirlər. Bu arada, Taliban "qadın hüquqlarına hörmət edəcəyinə" söz verir və hətta qadınları hökumətə dəvət edir. Buna baxmayaraq, hələ ki, Əfqanıstan qadınları kişilər kimi yalnız necə sağ qalacaqları haqda düşünürlər. Taliblər qadınların "İslam qanunları çərçivəsində" cəmiyyətdə iştirak edə biləcəyində israr edir. Bunun praktikada nə demək olduğu isə bəlli deyil. Buna görə də bir çoxları üçün yeganə çıxış yolu ölkəni tərk etməkdir. Axı artıq Kabildən əvvəl ələ keçirilən şəhərlərdə köhnə qaydalar geri dönüb. Yerli qadınlar, qismən qorxudan və qismən də tələbin geri qayıdacağını gözlədikləri üçün niqab taxmağa başladıqlarını söyləyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun