Yunanıstanda qapanmalar vaksin olunan vətəndaşlara tətbiq edilməyəcək

Yunanıstanda qapanmalar vaksin olunan vətəndaşlara tətbiq edilməyəcək
13 İyul 2021
Mətni dəyiş

Yunanıstanın baş naziri Kiraykos Miçotəkis ölkədə artan koronavirus statistikası fonunda yeni qərarları açıqlayıb.

Nazir bildirib ki, bütün tibb işçilərinin vaksinlənməsi məcburi olacaq.

Onun sözlərinə görə, ölkə kimlərəsə görə yenidən qapanmaya getməyəcək, təhlükə olan Yunanıstan deyil, bəzi vaksinlənməmiş yunanlılardır.

Bununla yanaşı, nazir bildirib ki, əgər ölkə növbəti qapanmalara gedərsə, bu, ancaq vaksin olunmamış vətəndaşlar üçün tətbiq olunacaq.

Yunanıstanda əhalinin 41 faizi vaksinasiya olunub. 11 milyon əhalisi olan ölkədə indiyə kimi 5 milyondan çox şəxsə vaksin vurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun