Yeni proqram parlamentin iclasında telefonla oynayan millət vəkillərini ifşa edəcək

Yeni proqram parlamentin iclasında telefonla oynayan millət vəkillərini ifşa edəcək
9 İyul 2021
Mətni dəyiş

Belçikalı rəqəmsal sənətçi Flaman əyalətindəki siyasətçilərin parlamentin iclaslarında ağıllı telefonlarından nə qədər istifadə etdiklərini müəyyən edən proqram hazırlayıb.

Proqram parlamentin iclasındakı müzakirələrə ən çox diqqətsiz yanaşan siyasətçiləri sosial şəbəkələrdə ifşa edəcək.

Parlamentin iclaslarının "YouTube" platforması vasitəsilə yayımlanan canlı çəkilişinə istinadən analizlər edən proqramın adı "Python"-dur.

Bundan sonra, millət vəkilləri parlamentin iclasında telefonla oynayarkən görüntüləri çəkiləcək, Flemish Skrollesin sosial şəbəkə hesablarında paylaşılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun