Yaponiya "Moderna" peyvəndini 12 və daha yuxarı yaş qruplarına tətbiq edəcək

Yaponiya "Moderna" peyvəndini 12 və daha yuxarı yaş qruplarına tətbiq edəcək
15 İyul 2021
Mətni dəyiş

Yaponiya Amerika istehsalı "Moderna" peyvəndinin 12 yaş və yuxarı hər kəsə tətbiq edilməsi ilə bağlı qərar verib.

Yaponiya Səhiyyə Nazirliyindən bildirilib ki, bu günə qədər ancaq 18 yaşdan yuxarı şəxslərə vurulan peyvəndin əhatəsi genişləndiriləcək.

Modernanın Yaponiyadakı ortaq dərman şirkəti tərəfindən nazirliyə göndərilən sənədlərin təsdiqlənməsi gözlənilir. Bundan sonra peyvənd 12 və daha yuxarı yaş qruplarına tətbiq olunacaq.

Amerika istehsalı Pfizer peyvəndinin 12 və yuxarı yaş qruplara tətbiq edilməsi isə artıq bir çox ölkədə qəbul olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun