Xəzərdə partlayış və yanğın olub, dövlət qurumlarından açıqlama

Xəzərdə partlayış və yanğın olub, dövlət qurumlarından açıqlama
5 İyul 2021
Mətni dəyiş

İyulun 4-ü axşam saatlarında Xəzərin Azərbaycan sektorunda partlayış və yanğın olub. İlkin ehtimallar neft platformalarından birində partlayış olması olsa da, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bunu təkzib edib. 

Fövqəladə Hallar Nazirliyi də Xəzər dənizində baş vermiş partlayışla bağlı məlumat yayıb.

"4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.

Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək".

Bundan əlavə, Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidməti məsələyə münasibət bildirib. Qurum bildirib ki, Xəzər dənizindəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun