Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada yoluxmaların yenidən artdığını açıqlayıb.
ÜST bildirib ki, yoluxmalarda 2 aydan artıq müddətdə davam edən düşüş artıq dayanıb və yoluxmalar artıb. Təşkilatın xəbərdarlığına görə, əgər qaydalara əməl olunmasa, virusun növbəti dalğası başlayacaq.
Almaniya Daxili İşlər Nazirliyi isə UEFA-nı sərt tənqid edib. İngiltərənin paytaxtı Londonda yerləşən "Wembley" stadionunda keçiriləcək AVRO-2020 yarımfinal oyunları zamanı 60 min azarkeşin oyunu izləməsinə dair UEFA-nın qərarını məsuliyyətsizlik adlandıran Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, xüsusi olaraq yeni delta variantının yayıldığı vaxtda bu qərar qəbuledilməzdir.
Komandalarını meydandan izləməyə gedən ən azı 300 Finlandiya azarkeşində koronavirus aşkar edilib. Ölkədə 50-dən az olan yoluxma sayı 200-ə qədər qalxıb.