Ukraynada 30 ildir gözlənilən qanun qəbul edildi

Ukraynada 30 ildir gözlənilən qanun qəbul edildi
2 İyul 2021
Mətni dəyiş
Ukrayna parlamentində Krım tatar türkləri, karaimlər və krımçakların ölkənin yerli xalqı olaraq qəbul edilməsini nəzərdə tutan tənzimləmə qanuniləşib. Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən “Ukraynanın yerli xalqları qanun layihəsi” ümumi iclasda səsverməyə qoyulub. Layihə səsverməyə qatılan 345 millət vəkilindən 325-nin dəstəyi ilə qəbul edilib. Tənzimləməyə görə, tatar, karaim və krımçak xalqları Ukraynanın yerli xalqı olaraq tanınacaq. Ölkədə yaşayan ruslar isə Ukrayna sərhədlərindən kənarda dövlətə malik olduqları üçün yerli xalq olaraq qəbul edilməyəcək. Yerli xalqların assimilyasiya, etnik köklərinin, mədəni dəyərlərinin məhv edilməsi, zorla yurdlarından çıxarılmaları və köçürülmələrinə qarşı hüquqları təmin ediləcək. Ukraynanın yerli xalqlarının mədəniyyət, təhsil, dil və məlumat əldə etmək hüquqları zəmanət altında olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun