Twitter “Roman Protaseviçin yeni hesabını” blokladı

Twitter “Roman Protaseviçin yeni hesabını” blokladı
12 İyul 2021
Mətni dəyiş
Twitter Roman Protaseviçin iyulun 7-də yaradılan yeni hesabını bloklayıb. Bu addım ilk olaraq TUT.BY nəşrinin “Seçkiləri görürsən?” layihəsinin diqqətini çəkib. Akkauntun blok olunmasının səbəbi bəlli deyil. Profilə keçmək istəyəndə “Hesab dayandırıldı” yazısı qeyd edilir. Təyyarənin məcburi endirilməsindən sonra Belarusda saxlanılan və bu yaxınlarda ev dustaqlığına köçürülən Nexta teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç iyulun 7-də Twitter-də hesab açıb. Profildə onun adından gəzinti videosu yüklənilib, müəllif ona suallar verilməsini xahiş edir. Paylaşım müsbət xarakter daşıyır, o, sevgilisi Sofiya Sapeqa ilə şəhərkənarı bir evdə yaşadığını, “cənab mayorun isə aşağı mərtəbədə yerləşdiyini” deyir. İstifadəçilərdən biri Protaseviçdən paylaşımları nəzarət altında etdiyi haqda işarə verməsini, məsələn,  üst-üstə iki durğu işarəsini yazmasını xahiş edir. Protaseviç tvitlərindən birində tire işarəsi əvəzinə iki defis işarəsi yazıb. Bu ilin may ayında Minskdə Afinadan Vilnüsə uçan Ryanair təyyarəsi yalançı mina xəbərinə görə təcili eniş etməli olub. Onun göyərtəsində Nexta teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç və sevgilisi, Rusiya vətəndaşı Sofiya Sapeqa da var idi. Təyyarənin enməsindən sonra onlar həbs ediliblər. Sapeqa ictimai asayişi kobud şəkildə pozan və cəmiyyətdə düşmənliyi qızışdıran kütləvi aksiyalar təşkil etməkdə günahlandırılır. 2020-ci ilin noyabrında Protaseviçin adı terror fəaliyyətləri ilə məşğul olan şəxslərin siyahısına əlavə edilib. Bir çox mənbələrə görə, Belarus hökuməti Ryanair təyyarəsini qırıcı təyyarə ilə hədələyərək Minskdə enməyə məcbur edib, əməliyyata isə şəxsən Lukaşenko əmr verib. İyun ayının sonlarında Sapeqa və Protaseviçin ev dustaqlığına köçürüldüyü məlum olub. Belarus İstintaq Komitəsi onların istintaqla əməkdaşlıq etməyə qərar verdiklərini iddia edib. Ev həbsinə köçürülməzdən əvvəl Protaseviç Minskdəki KQB istintaq təcridxanasında idi. O, ONT telekanalının “Şəxsi heç nə yoxdur” verilişinə müsahibə verib. Protaseviç bildirib ki, ictimai asayişi pozmaq məqsədilə aksiyaların təşkili və hazırlanması ittihamları əsasında günahını etiraf edib. "Nasha Niva" qəzetinin jurnalistləri Romanın biləklərində zədələr olduğunu qeyd ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun