Türkiyədə heyvanlara qarşı zorakılıq cinayət hesab olunacaq

Türkiyədə heyvanlara qarşı zorakılıq cinayət hesab olunacaq
10 İyul 2021
Mətni dəyiş
Türkiyə Böyük Millət Məclisi heyvanların qorunması ilə bağlı qanun qəbul edib. “Haber Global” məlumat verir ki, yeni qərara əsasən, heyvanlara işgəncə vermək, onlara amansızlıq və qəddarlıq göstərmək, cinsi təcavüz etmək cinayət hesab olunacaq. Heyvan sahiblərinin məsuliyyətləri genişləndiriləcək. Ev heyvanını qəsdən öldürən şəxs 6 aydan 4 ilə qədər, cinsi təcavüz edənlər, işgəncə verənlər isə 6 aydan 3 ilə qədər həbs ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun