Türkiyədə Fətullah Gülən əməliyyatları hələ də davam edir

Türkiyədə Fətullah Gülən əməliyyatları hələ də davam edir
12 İyul 2021
Mətni dəyiş

Türkiyənin İzmir şəhərində Fətullah Gülən hərəkatı ilə əlaqəli ola biləcəyi müəyyən edilən 229 nəfər saxlanılıb.

Bu barədə İzmir prokurorluğu məlumat yayıb. Məlumata görə, sözügedən hərəkata müxtəlif formalarda bağlı olan şəxslərə qarşı İzmirin 47 kəndində eyni anda əməliyyatlar keçirilib.

Araşdırma çərçivəsində saxlanılan şəxslərin hamısının ordu sıralarında müxtəlif vəzifələr tutduqları bildirilib.

Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya ştatında yaşayan "Hizmət" təşkilatının 80 yaşlı lideri Fətullah Güləni 2015-ci il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddə günahlandıraraq Vaşinqtondan onun ekstradisiyasını tələb edib. ABŞ-ın o zamanki dövlət katibi Con Kerri  isə bildirib ki, Türkiyə Fətullah Gülənin cinayət əməlləri ilə bağlı dəlilləri təqdim edəcəyi təqdirdə, ABŞ onun ekstradisiyası məsələsinə baxacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun