Tofiq Yaqublunun oğlunun ölkədən çıxmasına icazə verilməyib

Tofiq Yaqublunun oğlunun ölkədən çıxmasına icazə verilməyib
12 İyul 2021
Mətni dəyiş
Milli Şuranın üzvü Tofiq Yaqublunun anası 11 iyulda vəfat edib. Ailə dəfnlə bağlı Gürcüstana getmək istəsələr də bu, mümkün olmayıb. Tofiq Yaqublunun əsgərlikdən qayıdan oğlu Rəhim Yaqublu bu gün – 12 iyulda nənəsinin dəfnində iştirak etmək üçün Gürcüstana yola düşsə də pasport-nəzarət məntəqəsində dayandırılıb və ona ölkədən çıxma qadağası qoyulduğu deyilib. Bu barədə Mikroskop Media yazıb. "Evə gəldiyinin ertəsi günü hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə getdi. Orada ona deyiblər ki, hərbi biletində silahını təhvil verməyin haqqında müvafiq qeyd və möhür yoxdur, ona görə də səni uçota götürə bilmərik". Tofiq Yaqublu deyir ki, komissarlıqda oğlunun hərbi biletində hansı döyüşlərdə iştirak etdiyi və tərxis olunduğu haqda qeyd və möhürün olduğunu izah edib: "Orada nəsə yazılmayıbsa, bu, onun məsuliyyəti deyil və bu haqda onun təsəvvürü də ola bilməzdi, digər tərəfdən silahını təhvil verməmiş əsgəri tərxis etməzdilər". T. Yaqublu deyir ki, onu arxayın edərək “STOP”u siləcəklərini və Rəhimin ölkədən çıxışı üçün heç bir problemi olmayacağı deyilsə də bu gün problem yaranıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun