"TikTok" 7 milyondan çox hesabı bağlayıb

"TikTok" 7 milyondan çox hesabı bağlayıb
2 İyul 2021
Mətni dəyiş

"TikTok" sosial şəbəkəsi ümumi qaydaların tətbiqi ilə bağlı hesabat yayıb.

Hesabata görə, "TikTok" 13 yaşdan aşağı şəxslərin idarə etdiyi 7,3 milyon hesabı bağlayıb.

BBC-nin xəbərinə görə, bağlanılan hesablar ümumi istifadəçilərin sayını nəzərə aldıqda, 1%-dən də azdır.

Hesabata görə, 62 milyon video, 2 milyon reklam istifadəçi qaydaların pozuntusuna görə bağlanıb.

"TikTok" 13 və daha yuxarı yaş qruplarına istifadə icazəsi verir. İtaliyada hökumət 10 yaşındakı bir qız uşağının "TikTok" tətbiqindən istifadə etdikdən sonra həyatını itirdiyi ilə bağlı iddiaların ardından, şəbəkədə yaşını təsdiq etməyən hesabların bağlanılması ilə bağlı təlimat vermişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun