“Taliban” şərtini açıqladı

“Taliban” şərtini açıqladı
12 İyul 2021
Mətni dəyiş
“Taliban” hərəkatı yalnız siyasi razılaşma əldə olunduqdan sonra Əfqanıstanda atəşi dayandıracaq. Bunu “Taliban” hərəkatının Dubayda yerləşən siyasi ofisinin nümayəndəsi Suheyl Şahin deyib. Onun sözlərinə görə, danışıqlar Doha razılaşması əsasında keçirilir. S. Şahinin fikrincə, tərəflər münaqişənin siyasi yolla nizamlanmasının yol xəritəsini müzakirə edəcəklər və yalnız bundan sonra atəşin dayandırılması ilə bağlı danışıqlara keçəcəklər. O, həmçinin vurğulayıb ki, siyasi yol xəritəsi ilə bağlı danışıqlar hələ də davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun