“Taliban” İranla sərhəddə keçid məntəqəsini ələ keçirdi

“Taliban” İranla sərhəddə keçid məntəqəsini ələ keçirdi
9 İyul 2021
Mətni dəyiş
“Taliban” döyüşçüləri Əfqanıstanla İran sərhədində daha bir keçid məntəqəsini ələ keçiriblər. “Pajvak” agentliyi xəbər verir ki, sözügedən “Abu Nasr Farahi” sərhəd keçid məntəqəsi İranın Fərəh vilayətində yerləşir. “Taliban” hərəkatı döyüşçüləri bu gün Əfqanıstanın ikinci ən böyük şəhəri Qəndəhara da daxil olublar. “Taliban” hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun