Tacikistan Prezidenti İmoməli Rahmonun bacısı Kurbonbi Rahmonova 64 yaşında vəfat edib.
Məlumatı Tacikistan Prezidentinin Mətbuat xidməti yayıb.
Tacikistanın Səhiyyə Nazirliyi Kurbonbi Rahmonovanın koronavirus infeksiyasından öldüyünü bildirib. O, iyulun 20-də ölkə paytaxtı Düşənbədə 5 saylı klinik xəstəxanada müalicə olunurmuş.
Məlumata görə, iyulun 5-də Prezident İmamoli Rəhmonun qaynanası, 88 yaşlı Özbəkbi Əsədullayeva da koronavirusdan vəfat edib.