Tələbələrin aylardı etiraz etdiyi rektor Melih Bulu vəzifəsindən azad edilib

Tələbələrin aylardı etiraz etdiyi rektor Melih Bulu vəzifəsindən azad edilib
15 İyul 2021
Mətni dəyiş

Türkiyənin Boğaziçi Universitetinin rektoru Melih Bulu vəzifəsindən azad olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı rəsmi dövlət qəzetində yayımlanıb.

O, bu vəzifəyə 2021-ci ilin yanvar ayının 2-si təyin edilmişdi. Bununla da, Melih Bulu 1 il tamam olmadan vəzifəsindən azad olunur.

Melih Bulunun rektor vəzifəsinə təyin edilməsi Türkiyədə böyük etirazlara səbəb olmuşdu və kütləvi aksiyalarla, həbslərlə müşayiət olunmuşdu.

Boğaziçi Universitetinin tələbələri və akademik personalı universitetin kollegial idarəsini tələb edirdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun