Son bir ayda azad edilən ərazilərdə 1383 mina aşkarlanıb

Son bir ayda azad edilən ərazilərdə 1383 mina aşkarlanıb
5 İyul 2021
Mətni dəyiş
Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb. ANAMA-dan verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək həmin ərazilərdə 1067 piyada əleyhinə, 316 ədəd tank əleyhinə mina, 461 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Göstərilən müddət ərzində 563 ha ərazi minalardan təmizlənib. Ümumiyyətlə, 10.11.2020-ci ildən 03.07.2021-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə 8509 piyada əleyhinə, 3959 tank əleyhinə mina, 9493 PHS aşkarlanıb. 3326 ha ərazi isə minalardan və PHS-lərdən təmizlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun