SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilib [sərəncam]

SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilib [sərəncam]
19 İyul 2021
Mətni dəyiş

Prezident İlham Əliyev SOCAR-ın 4 vitse-prezidentini vəzifələrindən azad edən sərəncamlar imzalayıb. 

Rəsmi məlumata görə, vəzifələrindən azad olunanlar SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, qurumun strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovdur.

Eyni zamanda, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və vitse-prezident Mikayıl İsmayılov da vəzifələrindən azad ediliblər.

David Məmmədov və Mikayıl İsmayılov 2005-ci ildən, Tofiq Qəhrəmanov 2010-cu ildən, Bəhram Hüseynov isə 2016-cı ildən vəzifədə idi.

Onların indi işdən çıxarılma səbəbləri barədə açıqlama verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun