Sedat Pekərin videolarında haqqında danışdığı "Lotu Quli"nin qətli ilə bağlı 4 nəfər həbs edildi

Sedat Pekərin videolarında haqqında danışdığı "Lotu Quli"nin qətli ilə bağlı 4 nəfər həbs edildi
3 İyul 2021
Mətni dəyiş
Azərbaycanlı “qanuni oğru”, kriminal aləmin lideri hesab olunan “Lotu Quli” ləqəbli Nadir Səlifovun 2020-ci il, avqustun 21-də Antalyadakı bir oteldə qətli ilə bağlı təşkil edilən əməliyyatda 4 nəfər saxlanılıb. Səlifovun öldürülməsi tapşırığını verdiyi iddia edilən Namiq Canıyev və onunla birlikdə hərəkət edən 4 şübhəliyə qarşı İstanbuldan idarə olunan İzmir, Ərzurum və Kocaelidə eyni zamanda əməliyyat təşkil edilib. Əməliyyatda N.A., C.K., E.A. və M.Y. yaxalanıb. Şübhəlilərin Antalyada oteldəki cinayətdən sonra qaçış və əməliyyat anı görüntüləri də media ilə paylaşılıb. Namiq Canıyevin yaxalanması üçün əməliyyatların isə davam etdiyi bildirilib. Sedat Pekər: “Polis qatili olan bu adamı Mehmet Ağar Mənsimovu öldürməsi üçün Türkiyəyə gətirdi” Türkiyəli mafiya lideri Sedat Pekər üçüncü videosunda haqqında “Quli” deyə bəhs etdiyi Nadir Səlifovun Mehmet Ağar tərəfindən Mübariz Mənsimovu öldürməsi üçün deport qərarı ləğv edilərək Türkiyəyə gətirildiyini iddia etmişdi. Pekər dost olduqlarını söylədiyi Qulinin Ədirnədəki bir atışmada polisin ölməsindən sonra yaxalandığı üçün deport edildiyindən danışdığı videosunda bunları demişdi: “Dərin dövlətimizin başçısı Mütəşəkkil Şöbə polisini öldürən bu şəxsin deportunu ləğv edərək Türkiyəyə gətirdi. Bilirsiniz niyə? Mübariz Mənsimovu öldürsün deyə. Mübariz öz yerini geri almağa çalışırdı axı. Allaha şükür, pis hadisə olmadı. Mübariz də dik adamdır. Dirəndi. Sonra Qulinin qardaşı onunla danışdı. Quliyə nə oldu bilirsiniz? Öldü! Mənə zəng edib Türkiyəyə gedəcəyini dedi. Türkiyədə bir az qalıb çıxmışdı. “Getmə” dedim. "Mən orada deyiləm, problem yaşaya bilərsən". “Mən güclüyəm” dedi. “Mehmet bəylə aram çox yaxşıdır” dedi. Gəldi, bir həftə keçmədən öldürüldü”. Nadir Səlifov 2018-ci il oktyabrın 7-də həbs edilib və Azərbaycanda haqqında həbs qərarı olduğu üçün 2018-ci ildə Türkiyədən xaric edilib. Lakin yenidən Türkiyəyə daxil olub və 2020-ci il avqustun 20-də Antalyanın Serikə bağlı Boğazkənt məhəlləsindəki bir otelin restoranında yemək yediyi zaman ən yaxınındakı şəxslərdən biri olan Xan Zeynalov tərəfindən başından vurularaq öldürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun