Səudiyyə Ərəbistanında ilk dəfə qadın əsgərlər mətbuat konfransında

Səudiyyə Ərəbistanında ilk dəfə qadın əsgərlər mətbuat konfransında
14 İyul 2021
Mətni dəyiş

Səudiyyə Ərəbistanında hər il Həcc sezonundan əvvəl təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan mətbuat konfransı bu il ilk dəfə qadın əsgərlər tərəfindən təşkil olunub.

Abeer Əl-Rəşid adlı əsgər mətbuat konfransına gələrək giriş açıqlaması verib.

Sözügedən səhnəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra böyük maraq doğurub. Sosial şəbəkə istifadəçiləri qadın əsgərə təriflər yağdırıblar.

Daha sonra, mətbuat konfransında Həcc ziyarəti zamanı nəzərdə tutulan təhlükəsizlik tədbirləri, nəqliyyatın fəaliyyəti və digər məsələlər barədə açıqlama verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun