Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib

Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib
27 İyul 2021
Mətni dəyiş

Səudiyyə Ərəbistanı 9 avqustdan etibarən xaricdən gələn zəvvarlar üçün Kəbə ziyarətini açıq elan edəcək.

Ziyarət ancaq 18 yaşdan yuxarı və peyvənd olunmuş şəxslər üçün açıq olacaq.

Müvafiq qərar krallığın Həcc və Ümrə Nazirliyi tərəfindən qəbul edilib.
Qeyd olunub ki, ziyarət icazəsi yalnız “Pfizer/BioNTech”, “AstraZeneca”, “Johnson & Johnson” və “Moderna” vaksinlərilə peyvənd olunmuş 18 yaşından yuxarı şəxslərə veriləcək. Bundan əvvəl isə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bu ilki Həcc ziyarəti zəvvarlarının limitinin 60 min nəfər olduğunu və yalnız Səudiyyər Ərəbistanı vətəndaşlarının və ölkədə yaşama izni olanların ziyarətə qatıla biləcəyini bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun