Ryanair sərnişin təyyarəsinin enməsini əmr edən nəqliyyat polisi Belarusu tərk edib

Ryanair sərnişin təyyarəsinin enməsini əmr edən nəqliyyat polisi Belarusu tərk edib
27 İyul 2021
Mətni dəyiş

"Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçin həbs edilməsi üçün Ryanair sərnişin təyyarəsinin endirilməsi əmrini verən nəqliyyat polisi ailəsi ilə birlikdə Belarusu tərk edib.

Bu barədə Belarusun yerli mətbuatı məlumat yayıb.

Məlumata görə, nəqliyyat polisi Oleq Qaleqov ailəsi ilə birlikdə tətilə yollanıb, ancaq tətil bitdikdən sonra ölkəyə qayıtmayıb.

Onun iş yoldaşları bildiriblər ki, Oleqin bütün sosial şəbəkə hesabları silinib. Onlar deyiblər ki, çox güman Oleq təhlükəsizlik səbəblərindən ölkəni tərk edib.

Mayın 23-də Afina-Vilnüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanair" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. Təyyarə Minsk hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun