Rusiyada sərnişin təyyarəsi radarlardan itib, axtarış aparılır

Rusiyada sərnişin təyyarəsi radarlardan itib, axtarış aparılır
6 İyul 2021
Mətni dəyiş

Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib. Təyyarə “Kamtask hava yollar”ı şirkətinə məxsusdur.

İlkin məlumata görə, “An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Lakin ekipaj üzvləri təyin olunan vaxtda əlaqəyə girməyib.

Radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur. Bunu TASS-a FHN-nin əməkdaşı bildirib. Laynerin axtarışına bir təyyarə və iki helikopter cəlb edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun